Faydalı Faydalı Məsləhətlər

Xüsusi Dəvət Üçün Yemək Masası Necə Hazırlanır?-QAYDALAR

Xüsusi bir yemək dəvəti üçün süfrə hazırlamaq sizi qorxutmasın. Evdar.az-ın təqdim etdiyi bəzi qaydaları izləyərək asan bir şəkildə zərif bir yemək masası hazırlaya bilərsiniz.

  • Süfrənin üzərinə ütülənilmiş gözəl bir örtük sərin.
  • Qabları nizamlı bir şəkildə iki qab arasında eyni məsafəni saxlayaraq qoyun. Süfrənin üzərinə ilk olaraq düz və böyük olan boşqabı (bu sizin yeməkləri təqdim etdiyiniz qab olacaq və ən altda qalacaq)yerləşdirin. Bu boşqabın üzərinə əsas yemək qabı və orta hissəsinə şorba kasasını yerləşdirin. Hər boşqabın ən üst sol tərəfinə bir çörək boşqabı yerləşdirilir. Çörək boşqabını saat 10:00, 11:00 istiqamətində qoyun.

Qeyd: Salat boşqabı şorba bitdiyində şorba kasasıyla əvəz olunur.

  • Salfetləri yerləşdirin. Salfetləri boşqabın sol tərəfinə yerləşdirin. Masanızın böyüklüyünə görə salfet və boşqablar arasında boşluq varsa çəngəlləri salfetin üzərinə yerləşdirə bilərsiniz ya da masanız genişsə çəngəllər süfrəyə yerləşdirilə bilər.
  • Mümkünsə boşqabın hər iki tərəfinə gümüş bıçaq, çəngəl və qaşıqları yerləşdirin. Çəngəl, bıçaq və qaşıqları soldan sağa yerləşdirin. Salat çəngəli, sonra əsas yemək çəngəli, bıçaq, sonra sağ tərəfə şorba qaşığı, çörək boşqabının üstünə və ya boşqabın üst tərəfinə üfüqi bir şəkildə kərəyağı bıçağını yerləşdirin. Boşqabın yuxarısına bir çay qaşığı ( çəngəllə yeyilə biləcək bir şirniyyat olacaqsa yanına desert çəngəli) yerləşdirin.
  • Stəkanları qaşıq və bıçağın yanına yerləşdirin. Su stəkanını boşqabın sağ üst küncünə, bıçağın xəttində yerləşdirin. Su stəkanının sağına və qaşığa doğru şərab qədəhini yerləşdirin.
  • Masaya çiçək, duz və istiot qabını da yerləşdirin. Duz və istiot qabını masanın orta hissəsinə yaxın, qonaqların uzana biləcəyi şəkildə qoyun. Dekorasiya üçün süfrənizə zərif bir çiçək əlavə edin..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.