2 Həftəyə Yeyə Biləcəyiniz Xiyar Turşusu

Yields: 1 Serving Difficulty: Medium

Xiyar turşusunu çox gözləmədən qısa müddətdə necə hazırlamaq olar?  Evdar.az 2 həftəyə yeyə biləcəyiniz xiyar turşusunun reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq turşuluq kiçik xiyar
  • yarım stəkanda bir az çox sirkə
  • 2 xörək qaşığı xörək duzu
  • 2 çay qaşığı şəkər tozu
  • yarım limonun şirəsi
  • 1 bütöv sarımsaq (təxminən 6-7 diş)
  • qaynar su

Hazırlanma qaydası:

Bir qaba duz, sirkə, şəkər tozu və limon suyu töküb qarışdırın. Bankalara xiyarları doldurun, üzərinə hər bankaya 4-5 diş sarımsaq əlavə edin. Hazırladığınız marinadı bölüşdürün. Üzərinə banka dolanadək qaynar su töküb qapağını möhkəm bağlayın. Bankaları tərs çevirib bir gecə bu şəkildə saxlayın. Turşunu sərin bir yerdə saxlayın və 2 həftə sonra turşunuz hazırdır. İstəyə görə dənə istiot, şüyüd, kərəviz yarpağı kimi ətir verici əlavə edə bilərsiniz.

Qeyd:  Turşunun qapağını açdıqdan sonra mütləq soyuducuda saxlayın.

Xiyar turşusunun Ən Asan Hazırlanma Qaydasını da bu bölməmizdən oxuya bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir