Ev Şəraitində Toyuq Kolbasası

Yields: 1 Serving Difficulty: Medium
Yalnız təbii məhsullardan istifadə edərək, hətta balaca uşaqlara rahatlıqla verə biləcəyiniz evdə kolbasa hazırlamaq olar. Ev şəraitində heç bir konservant və digər zərərli əlavələri olmadan hazırlanan kolbasa uşaqların qidalanması və ailə üçün idealdır. Evdar.az ev şəraitində hazırlanan toyuq kolbasasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 bütöv toyuq
  • 1 ədəd yerkökü
  • 1 ədəd soğan
  • 10 dənə yumru istiot
  • 4 diş sarımsaq
  • 10 qr jelatin
  • 1 xörək qaşıq çuğundur şirəsi
  • duz, acı bibər tozu, istiot
  • dəfnə yarpağı

Hazırlanma qaydası:

İlk öncə bütöv toyuqu içi su dolu qazana yerləşdirin. Qazanı orta odda qaynamağa qoyun. Toyuğun bişməyinə 20-30 dəqiqə qalmış qabığı soyulmuş yerkökü, soğan, dənə istiot və və duzu bulyona töküb daha bir neçə dəqiqə qaynadın. Dəfnə yarpağını da əlavə edib yerkökü yumşalanadək bişirin. Bişən toyuğu bulyonundan ayırın. Soyuyan bişmiş toyuğu didərək sümüklərindən və dərisindən ayırın. Hazır süzülmüş bulyondan 120 ml götürüb üzərinə jelat töküb qarışdırın. Çuğundur şirəsi üçün çuğunduru rəndələyib təmiz tənzif arasında sıxaraq şirəsini çıxarın. Bir qaba və ya blenderin qabına didilmiş toyuq əti, duz, istiot, acı bibər tozu, sarımsaq və çuğundur şirəsini də əlavə edib blenderlə yaxşıca qarışdırın. Hazır kütləni yuyulmuş təmiz “coca-cola” plastik şüşəyə hava qalmayacaq şəkildə doldurun. 12 saatlıq soyuducuya yerləşdirin. Ev şəraitində təbii kolbasanızı dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir