“Bir türk filmi var “İncir reçeli”. Orda filmin sonunda oğlan sevdiyi qız xəstəlikdən vəfat edəndən sonra qızın ən çox sevdiyi əncir mürəbbəsini (incir reçeli) yeyəndə ağlayır. Anlamamışdım, ta ki nənəm rəhmətə gedəndən sonra ərik cemi yeyənə qədər…. nənəmin həyətində ərik ağacları var idi və nənəm mütləq ərik cemi bişirirdi.. anlamamışdım ta ki, tutun və şamamanın qoxusuna gözlərim dolana qədər (kəndə tut yetişənə gedirdik, babam ilk bazarlığına şamama alırdı bizə)…“
Psixoloq Bahar Bəylərovanın sözlərinə görə, bəzi yeməklər və qoxular bizi uşaqlıq xatirələrimizə aparır.
“Uşaqlıq dövrü qayğısız, beyin bağlantılarımızın yaranması və dəyişməsi çox çətin, emosional bağlanmaların möhürləndiyi dövrdür. Evdə bişən yeməklər duyğularımızın kodu kimi qalır. Valideynlərimizin sevdiyi yeməkləri yeyəndə problemsiz, fərqli zövqə sahib olanda isə problemli uşaq oluruq. Bəzi yeməkləri özümüz bişirməyi bacaranda sevməyə başlayırıq. Çünki, anamız ya sevməyib o yeməyi ya da sadəcə özünün sevdiyi kimi bişirib. Biz sevdiklərimizin yeməklərini sevirik. Anamızın yeməkləri beynimizdə “güvəndəsən” duyğusudur (bütün anaların deyil). Xalamın, bibimin şirniyyatları, yeməkləri sevincdir və s. Çünki, yemək xarakter ilə, münasibətlə bişirilir. Bundan əlavə uşaqların bədəni ona ziyan olan qidaya “sevmədiyim” kimi cavab verir. Allergiya testlərində çox müşahidə etmişəm, uşağın “sevmirəm, istəmirəm” dediyi, valideynin, böyüklərin “xeyirdi, ye” dediyi qidaya qarşı alergik reaksiya aşkarlanıb. Bədənimiz şüurludur dinləmək lazımdır.
Yeməklər Niyə Bizə Uşaqlığımızı Xatırladır?

Bizim yeməklərə reaksiyamız sosial kimliyimiz ilə cavablanır çox zaman. Ona görə, Yunus Emrenin dediyi “bir ben var benden içeri” deyilen məndən soruşulmalıdır. Bunu mən bir metodika ilə öyrəndim. Nə soruşulsa dayanıb özümdən təkrar soruşurdum “Bahar çay istəyirsən?”, “Bahar, yemək istəyirsən?” Sonra dayanıb dinləyirdim. İçimdəki cavabı anlayana qədər qulağım eşidəcək tonda ifadə edirdim sualı. Hətta iş yoldaşlarım mənə sual verəndə deyirdi “Bahar, Bahardan soruş gör çay istəyir?”.
Fərqindəlikli qidalanma xüsusi sənətdir.
Uşaq olanda süd məhsullarına münasibətimi bildirəndə “onlar mənə özümü yaxşı hiss etdirmir”deyirdim. Çünki, ” istəmirəm” ifadəsi anlaşılmırdı. Əslində uşaqlar bədənlərini dinləyən olur. Sonra böyüklər bunu unutdurur və biz böyüyüb dietoloq axtarırıq, nələrisə tərgitmək məcburiyyətində qalırıq. Sevgi və qayğısına qalmaq anlayışının yedizdirmək, “uşağa yaxşı baxmaq” anlayışının uşağın köklüyü ilə kodlanması, sevincli olanda qonaqlıq (yemək-içmək), kədərli olanda yemək (yas yeməkləri) və s..Fərqindəlikli qida uşaqlıqdan tərbiyə edilməli məqamdır. Yoxsa obez (piylənmə, bədəndə həddindən artıq yağ toplanması ), bulimiya ( insanın nəzarətsiz şəkildə həddindən artıq yemək yeməsi və dərhal sonra çəki artımından qorxaraq qəsdən qusma), emosional aclıqdan yemək, stresdən yemək və s. kimi hallar yaşanır.
Qidalara münasibət insanlara münasibətdir.
Baba Vəziroğlunun sözlərinə bəstələnmiş musiqisi Kamal, ifası Alim Qasımova aid olan “Xatirədir” mahnısında deyilən kimi… qalanı xatirədir..
“Ən böyük yanlış “yemək yeyəndə danışmaq olmaz” ifadəsi, yanaşmasıdır. Ən dərin söhbətlər yemək masasında olar. Çünki, uşaq özünü sorğuda deyil “isti və dadlı münasibətin” içərisində hiss edər.” – deyə psixoloq Bahar Bəylərova bildirir.
Bəzən illər əvvəl yediyimiz sadə bir yeməyin dadı bizi bir anda uşaqlığımızın ən gözəl günlərinə aparır. Nənənin bişirdiyi plov, ananın hazırladığı şorba, sobadan yeni çıxmış çörəyin ətri və ya bayram süfrələrinin ləziz təamları təkcə mədəmizi deyil, xatirələrimizi də doyurur. Məhz buna görə bəzi yeməklər ömür boyu unudulmur və hər hazırlananda keçmişin isti ailə mühitini yenidən yaşadır.
Əgər siz də uşaqlığınızın o unudulmaz dadlarını yenidən hiss etmək istəyirsinizsə, Evdar.az-ın bir araya topladığı ənənəvi reseptlərə mütləq nəzər salın. Hər resept yalnız bir yemək deyil, həm də keçmişə açılan kiçik bir qapıdır.
- Uşaqlığımızın Dadı: Qoz Şirniyyatı
- Sovet Dövrünün Nostalji Yeməyi- Qulyaş
- Unudulmaz Kiyev Tortu
- Nənələrin Çaylı Keksi
- Sovet Dövrünün Məşhur Şirniyyatı-Soçniki
- Qat-Qat Dad: Tavada Ləziz Fəsəli
- Uzun İllərin Məşhur Abşeron Tortu
- Ev Şəraitində Korovka Konfeti
- Soğan Bozbaşı
- Sovet Dövrünün Məşhur “Leninqrad Tortu”
- Məktəb İllərinin Ləziz Dadı -Südlü Korjiklər
- Sovet Dövrünün Möhtəşəm “Kalla” tortu
- Uşaq Bağçasındaki Kimi Dadlı Verməşilli Südlü Şorba
- Sovet Dövrünün Məşhur “Abrikotin” Tortu

