6 Saat Tox Tutan Salat

Yields: 1 Serving

Arıqlamaq və daha sağlam həyat sürmək istəyənlər ümumiyyətlə sağlam qidalanma və pəhriz siyahılarına əməl edirlər. Bu salat resepti tərkibindəki zəngin qidalarla sizi saatlarla tox tutmaq xüsusiyyətinə malikdir. Həm də iştahınızı boğaraq arıqlamağınıza kömək edir. Evdar.az pəhriz siyahısına əlavə edə biləcəyiniz və tox tutma xüsusiyyəti sayəsində uzun müddət aclıq hiss etdirməyəcək salatın reseptini təqdim edir.

6 Saat Tox Tutan Salatın tərkibi:

  • 1 ədəd kabaçok (kabak)
  • 1 ovuç yer fındığı (araxis)
  • 1 ovuc üzüm qurusu
  • 1 stəkan noxud
  • 2 qaşıq konservləşdirilmiş qarğıdalı dənəsi
  • şüyüd, nanə qurusu
  • zeytun yağı, duz

6 Saat Tox Tutan Salatın hazırlanma qaydası:

Kabaçoku çox nazik kəsin və ya halqa-halqa doğrayın. Bir qaba töküb duzla bir az öldürün. Şüyüdü doğrayın. Noxudu əvvəlcədən suda bişirib soyudun. Salatı hazırlayacağınız qaba doğranmış kabak, üzüm qurusu, yer fındığı, qaynadılmış noxud, konservləşdirilmiş qarğıdalı dənəsi və doğranmış şüyüdü əlavə edib qarışdırın.  Salata bir az zeytun yağı əlavə edin. İstəyə görə nanə qurusu da səpib süfrəyə verə bilərsiniz. İstədiyiniz məhsulları əlavə edə və ya çıxara bilərsiniz. Salat hazırdır!

Əlavə qeyd:

  • Noxud yüksək miqdarda lif qaynağıdır, həm də bitki mənşəli zülalla zəngin olduğu üçün insanı  gec acdırır.
  • Yer fındığı sağlam yağ və lif anbarıdır. Duzsuz yer fındığı uzun müddət tox qalmağa  kömək edir.
  • Qarğıdalı həm arıqlamaq, həm də əzələ kütləsini artırmağa imkan yaradan azsaylı bitki tərkibli ərzaq məhsullarından biridir.
  • Kabaçokun tərkibində olan liflər orqanizmdən toksiki artıq maddələri, xolesterini və suyu xaric etmək qabiliyyətinə malikdir. Artıq çəkidən əziyyət çəkənlər üçün hər gün qida rasionuna kabaçok daxil etmək əla nəticələrə səbəb olur.
  • Üzüm qurusunun tərkibində qlükoza və fruktoza olduğu üçün kökəlməyə səbəb olduğu düşünülsə də, düzgün istehlak edildikdə arıqlamağa kömək edir.Fiqurasına nəzarət edənlər liflə zəngin üzüm qurusunu rahatlıqla yeyə bilər.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir