İftar Menyusu- 5-ci Gün

Yields: 1 Serving

Ənənəvi iftar süfrəsinə doyumlu yeməkləri bişirmək üçün menyumuza nəzər salın. Evdar.az Ramazanın 5-ci gününə olan reseptləri təqdim edir.

ZİRİNCLİ, TOYUQLU PLOV

Azərbaycanlılar arasında yeməklərin şahı plov hesab olunur. Bildiyimiz kimi plovun 200-dən çox növü var. Bu növlərin hər birinin ayrı-ayrılıqda hazırlanma qaydası və özünəməxsus dadı var. Zirinc və qaragöz lobya ilə hazırlanan toyuqlu plovu hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN).

SOBADA ALMALI TOYUQ

Süfrənin ən dadlı təamlarından biri də toyuq qızartmasıdır. Toyuğu qara gavalı və almalı içliklə doldurub sobada qızarda bilərsiniz. Sobada almalı toyuq qızartmasını hazırlamaq üçün…(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN).

TEZ BAŞA GƏLƏN PANDORA SALATI

Göbələk sevənlər üçün dadlı və tez hazırlanan salat. Tez başa gələn və ləzzətli “Pandora” salatını hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)

Südlü şirniyyat sevənlər üçün Magnolia həm yüngül, həm də asan hazırlanan bir desertdir. Magnolia şirniyyatını mövsümə görə arzuladığınız meyvələrlə də hazırlaya bilərsiniz. Deserti hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)

ÇAYLI KEKS

Keks çay süfrələrinin ən ləzzətli şirniyyatlarındandır. Keksin bir çox növləri var, ancaq keçmişdən bu günədək  məşhurluğunu itirməyən bir keks varsa o da çaylı keksdir. Çaylı keksi hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)

Allah Tutduğunuz Orucu Qəbul Etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir