Faydalı Məsləhətlər Maraqlı Xəbərlər

Xəstəliklərin Kökünü Kəsən, Çox Güclü Şəfa Qaynağı Ağ Bal

Balın necə əfsanə bir qida olduğunu bilir, faydalarını saymaqla bitirə bilmirik. Ancaq bu dəfə adı çox təəssüf ki çiçək balı ya da şabalıd balı qədər bilinməyən, ancaq hər kəsin tanımalı olduğu ağ bal haqqında danışacağıq. Görünüşü süd mürəbbəsinə oxşasa da həqiqətən arılar tərəfindən hazırlanan bir baldır. Bəs rəngi digər ballardan fərqlidir, ağdır? Ağ balın faydaları nələrdir? Evdar.az bu kimi sualların cavabını təqdim edir.

Ağ Bal Nədir?

Rəngiylə digər bütün ballardan asan ayırd edilə bilən ağ bal, son zamanlarda olduqca gündəmdədir. Əslində çox qədim zamanlardan bəri bilinən və xalq arasında istiehsal edildiyi dövrə görə “mart balı” kimi də tanınan baldır.

Qafqaz arıları olaraq bilinən arı növünün istehsal etdiyi bu balın ağ rəngli olmasının tək səbəbi də arı növü deyil. Bu rəngə Qafqaz arılarının bal çıxarmaq üçün gəzdiyi bölgənin hündürlüyü və florası da olduqca təsirlidir. Çünki ana vətənləri Qafqazların dağlıq bölgələri olan Qafqaz arıları, həm fərqli genetik quruluşa görə, həm də yüksək bölgələrdə yetişən bitkilərlə qarşılıqlı təsirinə görə ağ rəngli ballar çıxarır.

Ağ Balın Faydaları Nələrdir?

  • Ağ bal, digər bütün ballardan çox daha güclü antioksidant xüsusiyyətlərə sahib olduğu üçün bədəni zərərli maddələrə qarşı güclü bir şəkildə qoruyur.
  • Bədənə daxil olan zərərli maddələrin də sürətlə bədəndən uzaqlaşdırılmasını təmin edir.
  • Bu xüsusiyyəti sayəsində qanın damarlara sağlam bir şəkildə yayılmasına imkan verir, ürək və damar xəstəliklərinə tutulma riskini azaldır.
  • Müxtəlif xərçəng növləri başda olmaqla bir çox xəstəliyə qarşı bədəni qoruyur.
  • Həzmsizlik kimi müxtəlif mədə problemlərinin sürətlə keçməsini təmin edir, həzm sisteminin sağlam bir şəkildə işinə dəstək olur.
  • Güclü antioksidant təsirləri sayəsində dəri sağlamlığına da müsbət təsirlərdə olan ağ bal, hüceyrələrin yenilənməsini sürətləndirdiyindən yaşlanmanı gecikdirir.
  • Çox daha parlaq, təmiz bir dəriyə sahib olmağa köməkçi olur.
  • Xaricə istifadə edildiyində sızanaq və qara nöqtələri yox edir.
  • Qan dövranını sürətləndirir, bədənə enerji və gümrahlıq verir.
  • Cinsi gücü artırdığı da bilinir.
  • Öskürək və bəlğəm problemi yaşayanları bu problemdən qısa müddətdə xilas edir.
  • Qrip, soyuqdəymə kimi müxtəlif qış xəstəliklərinin yaxşılaşma müddətini sürətləndirir.
  • Eyni zamanda ağ balın, yaddaşı gücləndirici bir təsir etdiyi də deyilir.

Ağ Bal Necə İstifadə Edilir?

Ağ balı tək başına nuşla yeyə bilərsiniz. Həm sağlamlığınız, həm də dəriniz üçün müxtəlif təbii maskaların içərinə əlavə edə bilərsiniz. Ancaq güclü təsirləri olduğundan həddindən artığa qaçmamalısınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir