15 Qatlı, Bol Şərbətli Azərbaycan Paxlavası

Yields: 1 Serving

Azərbaycan mətbəxinin tacı olan paxlavanı bir də bu üsulla bişirin. Evdar.az 12 qatlı deyil, 13-15 qatlı, bol şərbətli paxlava reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

  • 700 qr un
  • 2 ədəd yumurta
  • 150 qr otaq temperaturunda kərə yağı
  • 200 qr xama
  • 0,5 çay qaşığı duz
  • 0,5 çay qaşığı maya
  • 2 xörək qaşığı şəkər tozu
  • apardığı qədər süd

İçlik üçün:

  • 700 qr qoz
  • 600 qr şəkər tozu
  • 1 çay qaşığı üyüdülmüş hil

Şərbəti üçün:

  • 2,5 stəkan şəkər tozu
  • 1,5 stəkan su
  • 1 dilim limon

Ara qatlarını və üzərini yağlamaq üçün:

  • 300 qr kərə yağı

Üzəri üçün:

  • yumurta
  • 1 xörək qaşığı bal
  • 5 xörək qaşığı şərbət

Hazırlanma qaydası:

Şərbəti hazırlamaq üçün bir qabda su ə şəkər tozunu şərbət olana qədər qaynadın. Şərbətə 1 dilim limon töküb 2 dəqiqə qaynadıb ocaqdan götürün.

Ara qatları və üzərinə tökmək üçün kərə yağını əridin.

İçliyi hazırlamaq üçün bir qabda çəkilmiş qoz ləpəsi, şəkər tozu və hil tozunu qarışdırın.

Xəmiri hazırlamaq üçün ilk öncə otaq temperaturunda yumşaldılmış kərə yağını unla umac halına gətirin. Daha sonra yumurta, kərə yağı, xama, duz, maya, şəkər tozu və apardığı qədər süd əlavə edib xəmir yoğurun. Xəmiri streç salafana büküb yarım saatlıq mayalanmağa qoyun. Mayalanan xəmirdən soba sinisinin ölçüsünə görə 13-15 kündələr edin. Alt və üst qat üçün böyük kündələr edin. Kündələri bacardığınız qədər nazik açın. Alt qat üçün yaydığınız yuxanın siniyə yerləşdirin, ancaq içlik tökməyin. Azca yağlayıb ikinci qatı da üzərinə yerləşdirib içlik tökün. Bu qaydayla açdığınız yuxaları üst-üstə düzərək yağlayıb içlik tökün. Ən sonr üst 2 qatın arasına içlik tökməyin. Hazırladığınız paxlavanı 10 dəqiqə soyuq yerdə dinləndirin. Daha sonra paxlavaları kəsib üzərinə yumurta sarısı yaxın. Paxlava dilimlərinə təmizlənmiş fındıq, badam və ya qoz ləpəsi batırıb əvvəlcədən 150-160 dərəcə qızdırılmış sobada bişirin. 15 dəqiqə sonra sobadan paxlavanı götürüb üzərinə yağ gəzdirin. Yenidən sobaya qoyub üzəri yaxşıca qızardıqdan sonra sobadan çıxarıb şərbətini tökün. Ancaq şərbəti tökdükdən sonra sobaya qoymayın.

Üzərinin parıltılı olması üçün bir qabda 1 xörək qaşığı balın üzərinə 5 xörək qaşığı şərbət töküb qarışdırın və üzərinə yaxın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir