Asan Hazırlanan “Malibu” Salatı

Asan Hazırlanan "Malibu" Salatı
Yields: 1 Serving Difficulty: Easy
Evə gələn çağırılmamış qonaq üçün qısa müddətdə ləzzətli salat hazırlaya bilərsiniz. Evdar.az çox sadə, hazırlanması çox vaxt aparmayan yüngül və dadlı “Malibu” salatının reseptini təqdim edir.
Tərkibi:
  • 1 dəstə kahı yarpaqları
  • 2 ədəd xiyar
  • 200 qr çerri pomidoru
  • 100 qr pendir
  • 200 qr hisə verilmiş toyuq filesi (və ya qızardılmış,qaynadılmış)
  • 2 xörək qaşığı mayonez
  • duz
  • istiot
  • süfrəyə verdikdə üzərinə 50 qr suxari

Hazırlanma qaydası:

İlk öncə kahı yarpaqlarını yuyun.  Xiyarların qabığını soyub doğrayın. Pomidorları da 2-3 hissəyə bölün. Pendiri kub şəklində doğrayın. Salatı qarışdıracağınız bir qaba kahı yarpaqlarını, doğranmış xiyar, pomidor və pendiri tökün. Üzərinə hisə verilmiş didilmiş toyuq filesini, mayonez,duz və istiot töküb qarışdırın. Hazır salatı süfrəyə verdikdə üzərinə suxariləri tökün.

Nuş Olsun!

Закрыть

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir