Hər Kəsə Şəfa Verəcək Xəstə Şorbası

Yields: 1 Serving

Soyuq qış aylarına keçərkən bir çoxumuz soyuqdəymədən şikayət edirik. İmmunitet sistemimizə təsir edən soyuqdəymənin ən böyük dərmanı istirahət etmək və təbii ki, qidalanmaqdır. İmmuniteti qüvvətləndirən C vitaminini süfrələrimizdən əskik etməməliyik. Bununçün asan, ləzzətli və dərman kimi gələn şorbalar da ən çox ehtiyac duyduğumuz yeməklərdəndir. Evdar.az  soyuqdəyməni qovan ləzzətli şorbanın reseptini təqdim edir.

Tərkibi:

  • 4 ədəd pomidor (rəndələnmiş)
  • 1 stəkan xırda vermişel
  • 1 xörək qaşığı kərə yağı
  • 1 xörək qaşığı bitki yağı
  • 1/2 budaq cəfəri
  • 1 çay qaşığı duz
  • 2 çay qaşığı istiot
  • 2 çay qaşığı pul bibər
  • 2 litr su və ya toyuq bulyonu
  • 1/2 ədəd limon suyu

Hazırlanma qaydası:

Şorbanı bişirəcəyiniz qazana kərə yağı və maye yağını əlavə edib ocağa qoyun. Yağ qızdıqdan sonra rəndələnmiş pomidorları əlavə edin. Pomidorlar yüngül sununu çəkənə qədər bişirin. Daha sonra xırda vermişəl, duz, istiot və toyuq bulyonunu əlavə edib qarışdırın. Qazanın qapağını bağlayıb qaynayana qədər orta ocaqda bişirin. Qaynamağa başlayan şorbanın altını azaldıb və zəif odda 5 dəqiqə də bişirin. Zəif ocaqda bişən şorbanın içərisinə cəfəri və limon suyunu da əlavə etdikdən sonra qazanı ocaqdan götürün. Şorbanı isti-isti süfrəyə verin.

Sağlamlığınızın Qeydinə Qalın! Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir