İftar Menyusu – 7-ci Gün

Yields: 1 Serving

Ramazanda iftar süfrələri böyük bir əhəmiyyət daşıyır. Bir çoxu iftar süfrələrini fərqli ləzzətlərlə rəngləndirmək istəyir və “İftarda nə bişirim?” sualını soruşur.

Evdar.az Ramazan süfrəsinə yaraşacaq iftar menyusunu təqdim edir.

TAVADA ƏTİRLİ SKUMBRİYA QIZARTMASI

Skumbriya o qədər faydalı balıqdır ki, onu rasionuna mütləq daxil etməlisiniz. Çünki skumbriya Omega-3 yağ turşularının, vitamin və mineral kütləsinin ilk mənbəyidir. Bu faydalı balıqdan çox dadlı və tez bir zamanda hazırlaya biləcəyiniz bir resept. Tavada ətirli skumbriya qızartmasını hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)

EV ŞƏRAİTİNDƏ ƏT DÖNƏRİ

Ev şəraitində ət dönəri hazırlamaq olduqca asan, olduqca faydalı və hazırından heç fərqlənmir. Evdə dönər hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)

ALMA ÇİPSİ

Sağlam qida qəbul etməkdirsə sizlərə son dərəcə faydalı və ləzzətli resept təklif edirik. Tərkibində bir çox vitamin olan, immunitet sistemini gücləndirən, dəmir çatışmazlığı olanlar üçün almadan ev şəraitində çips hazırlaya bilərsiniz. Faydalı alma çipsini hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)

ŞOKOLADLI BLİNÇİK TORTU

Şokoladlı blinçik tortu zərif kəsmikli kremdən və dadlı blinçiklərdən ibarət bir tortdur. Bu tort sobada biskvit bişirməyə şəraiti olmayanlar üçün daha uyğundur. Şokoladlı blinçik tortunu hazırlamaq üçün..(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)

10 DƏQİQƏYƏ EV ŞƏRAİTİNDƏ ŞOKOLAD

10 Dəqiqəyə Ev Şəraitində Şokolad

Hər evdə olan cəmi 4 məhsulla 10 dəqiqəyə ləzzətli şokolad hazırlaya bilərsiniz. Şokoladı hazırlamaq üçün…(RESEPT ÜÇÜN BURAYA KLİKLƏYİN)

Allah Tutduğunuz Orucu Qəbul Etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir