Mikrodalğalı Sobada “Kapuçino” Pirojnası

Yields: 1 Serving

Dadlı və asan pirojna bişirmək istəyirsinizsə mikrodalğalı sobadan istifadə edə bilərsiniz. Evdar.az zəngin qəhvə dadı ilə, inanılmaz dərəcədə zərif “Kapuçino” pirojnasının reseptini təqdim edir.

Tərkibi:

  • 60 qr un
  • 50 qr şəkər tozu
  • 20 qr kakao
  • 2 ədəd yumurta
  • 80 qr əridilmiş kərə yağı
  • 2 çay qaşığı şokolad pastası
  • çimdik duz

Kremi üçün:

  • 200 qr 35%-lik yağlılığı qaymaq
  • 30-50 qr şəkər kirşanı

Hazırlanma qaydası:

Bir qabda kərə yağının üzərinə şokolad pastası töküb mikrodalğalı sobada əridin. Əriyən qarışığı yaxşıca qarışdırın. Başqa qabda un, şəkər tozu, duz, kakao və yumurta töküb tel çırpıcıyla və ya mikserlə çırpın. Üzərinə əridilmiş yağlı qarışığı da töküb qarışdırın. Fincanları bitki yağıyla yağlayın və hazırladığınız xəmiri fincanın yarısına qədər tökün. Xəmiri yağlanmış fincanlara bölüşdürün. Mikrodalğalı sobaya yerləşdirin və 850 watt gücündə 2 dəqiqə bişirin. 2 dəqiqədən artıq saxlamayın, pirojna çox quruyacaq. Şirin qəhvə hazırlayın və bişən keksləri qəhvəylə isladın. İsladılmış keksləri 30 dəqiqəlik soyuducuya yerləşdirin
Kremi hazırlamaq üçün soyuq qaymağı şəkər kirşanıyla yaxşıca çırpın. Süfrəyə verməzdən əvvəl konditer torbasıyla pirojnaların üzərinə krem ​​yaxıb kakao tozu səpin

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir