Qabıqlı Naringi Mürəbbəsi

Yields: 1 Serving

Qış mövsümünün ən sevilən meyvələrindən naringidən mürəbbə hazırlaya bilərsiniz. Turuncu rəngi və xoş ətri ilə səhər yeməyi süfrəsini bəzəyəcək. Evdar.az qabıqlı, bütöv şəkildə bişmiş naringi mürəbbəsinin reseptini təqdim edir.

Tərkibi:

  • 2 kq nazik qabıqlı kiçik ölçülü naringi

Şərbəti üçün:

  •  4 stəkan şəkər tozu
  • 2 stəkan su
  • 1 çay qaşığı limon suyu
  • 1 çay qaşığı kərə yağı
  • 2-3 ədəd limon duzu

Hazırlanma qaydası:

Nazik qabıqlı naringilərin saplaq hissələrini kəsib ayırın. Bbol suda yuduqdan sonra bir iki yerindən çəngəl və ya çöp şiş köməyiylə deşin. Bir qabda su qaynadın. Qabıqları yaxşı yuyulmuş naringiləri qaynayan suya töküb 7-8 dəqiqə qaynadın. Suyunu süzün. Yenidən içi suyla dolu qazanda 7-8 dəqiqə qaynadıb suyunu süzün. Bu qaydanı 5-6 dəfə təkrar edin. Bu üsulla naringilərin acı suyu çıxıb yumşalır. Daha sonra naringiləri 3 saat soyuq suda saxlayın , arabir suyunu dəyişdirin.

Bir qazana su, şəkər tozu və limon suyu töküb qatı şərbət hazırlayın.  Şərbət qatılaşdıqda naringiləri şərbətə əlavə edin. Üzərinə köpüklənməsin deyə kərə yağı və şəkərlənməsin deyə limon duzu əlavə edib qaynadın. Mürəbbə hazır olduqda şüşə bankalara doldurun.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir