Reyhan şərbəti, sərinləşdirici və sağlamlıq baxımından da olduqca faydalı bir içkidir. Evdar.az hazırlanması asan olan bu şərbətin sağlamlığımıza olan faydaları haqqında məlumatı təqdim edir.
Baş gicəllənməsinə yaxşı təsir edir
Reyhan şərbəti qanazlığı və qan şəkərinin düşməsiylə baş verən baş gicəllənməsinə və ürək keçməyə yaxşı təsir edir.
Ağız yaralarına yaxşı təsir edir
Reyhan şərbəti şəkərsiz halda ağız içərisində qarqara edildiyində, ağız yaralarına yaxşı təsir edir.
Qəbizliyin qarşısını alır
Həzmsizliyi və bağırsaq köplərini aradan qaldırır.
Yağları yandırır
Reyhan şərbəti, arıqlamağa və bədəndə artıq yağların yanmasına köməkçi olur. Bu xüsusiyyəti ilə artıq çəkinin aradan qaldırılmasına kömək edir.
Sakitləşdirici təsiri var
Sinir sistemi üçün ideal bir təbii həlldir. İnsanın stressdən sonra sakitləşdirir.
Gündə 3 dəfə istifadə edilməlidir
Reyhan şərbətinin bu faydalarından yararlanmaq üçün içərisinə şəkər əlavə etmədən səhər, günorta və axşam gündə 3 dəfə için.
Arı sancmalarında istifadə edilir
Arı sancmaları müalicəsində reyhan şərbətinin yaxşılaşdırıcı təsiri vardır.
Faydalı və sərinləşdirici reyhan şərbətinin reseptiylə linkə keçid edərək tanış ola bilərsiniz.