Ramazanın İftar Menyusu 2025 – 2-ci Gün

Ramazanın İftar Menyusu 2025 – 2-ci Gün
Yields: 1 Serving
Ramazanın iftar süfrəsinə hər gün “İftarda nə bişirim?” deyə düşünənlər menyumuza nəzər salın. Damaq zövqünüzə və büdcənizə uyğun reseptləri seçim edərək iftar süfrəsi aça bilərsiniz.  Evdar.az ləzzətli, doyumlu, sağlam və qısa zamanda möhtəşəm dadlar hazırlamaq istəyənlər üçün iftar menyusunu təqdim edir.

Ramazanın İftar Menyusu

Qatıqlı Düşbərə Şorbası

Ramazanın İftar Menyusu 2025 – 2-ci Gün

Qatıqlı Düşbərə Şorbasının tərkibi:

Xəmir üçün:

  • 1 ədəd yumurta
  • 1 stəkan ilıq su
  • 3 stəkan un

İçlik üçün:

  • 300 qr qiymə
  • 1 ədəd soğan
  • duz, istiot, pul bibər
  • 1 stəkan qatıq
  • duru yağ
  • nanə qurusu

Qatıqlı Düşbərə Şorbasının hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda yumurta və ilıq suyu qarışdırın. Üzərinə unu hissə-hissə ələyib xəmir yoğurun. Xəmirin üzərini örtüb 15 dəqiqə kənarda saxlayın. İçliyi hazırlamaq üçün bir qabda qiymənin üzərinə rəndələnmiş soğan və  ədviyyatları əlavə edib qarışdırın. Xəmiri kündələyib unlanmış dəzgahın üzərində oxlovla yayın. Kiçik kvadratlar formasında kəsib içliyi düzüb düşbərələr hazırlayın. Bir qazanda suyu qaynadın. Qaynayan suya düşbərələr yapışmasın deyə çox az duru yağ əlavə edin. Hazır düşbərələri qaynayan suya töküb 15-20 dəqiqə arabir qarışdıraraq bişirin. Başqa bir qabda qatığı yaxşıca çırpın. Düşbərənin suyundan bir çömcə qaşıqla qatığa əlavə edib qarışdırın. İsti qatığı qazana əlavə edib qarışdırın. Kiçik bir tavada yağı əridib nanə qurusu əlavə edin. Nanəli yağı şorbanın üzərinə töküb qarışdırın. Hazır şorbanı isti halda süfrəyə verin. Şorbaya zövqə görə bişmiş noxud əlavə edə bilərsiniz.

Tərəvəzli Bulqur Plovu

Tərəvəzli Bulqur Plovun tərkibi:

  • 1 stəkan bulqur (buğda yarması)
  • 1 ədəd soğan
  • 1 ədəd yerkökü
  • 1 stəkan konservləşdirilmiş yaşıl noxud
  • 5 xörək qaşığı zeytun yağı
  • 2,5 stəkan isti su
  • 1 çay qaşığı duz
  • cəfəri

Tərəvəzli Bulqur Plovun hazırlanma qaydası:

İlk öncə soğanın qabığını soyub doğrayın. Yerkökünü də kub formasında doğrayın. Qazanı ocağa qoyub zeytun yağı töküb isidin. Qızdırılmış yağa soğanı, yerkökü və suyu süzülmüş konservləşidirilmiş yaşıl noxudu əlavə edib qovurun. Yuyulmuş və süzülmüş bulquru da qazana əlavə edin. Üzərinə su və duz əlavə edib qazanın qapağını örtün. Suyu buxarlanıb bişənə qədər zəif odda bişirin.Bişən bulqur plovunun üzərinə doğranmış cəfəri səpib süfərəyə verə bilərsiniz.

Ramazanın İftar Menyusu

Toyuqlu və Göbələkli Blinçiklər

 

Ağdaş Dovğasının tərkibi:

  • 3 litr qatıq
  • 1 ədəd yumurta
  • 1 xörək qaşığı un
  • 2 xörək qaşığı düyü
  • 1 dəstə şüyüd
  • 1 dəstə keşniş
  • 1 dəstə pərpətöyün
  • 1 dəstə nanə və ya 1 dəstə dağ keşnişi
  • 1 dəstə ispanaq

Ağdaş Dovğasının hazırlanma qaydası:

Düyünü əvvəlcədən suda isladın. Qatığı dovğanı bişirəcəyiniz qazana töküb qarışdırın. Kələmi yuyub xırda doğrayın. Xırda doğranmış kələmləri qatığa əlavə edin. Daha sonra yuyulmuş düyü (əvvəlcədən suda isladılmış),  yumurta və un əlavə edib yenə qarışdırın. Qazanı ocağa qoyub dayanmadan qarışdırın. Dovğa qaynamağa başladıqda, düyü bişdikdə əvvəlcədən yuyulmuş, xırda doğranmış göyərtini töküb ocağı söndürün. Dovğaya bişirilmiş və qabığı soyulmuş noxudu, duzu əlavə edib qarışdırın. Dovğanı isti və soyuq halda süfrəyə verə bilərsiniz.

 

Sürprizli “Şelkunçik” Peçenyesinin tərkibi:

Xəmiri üçün:

  • 3 ədəd qaynadılmış yumurta sarısı
  • 80 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 1-2 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı xama
  • 1 çay qaşığı qabartma tozu
  • 1-2 paket vanil
  • 2 stəkan un

Bulamaq üçün:

  • 30 qr kərə yağı
  • 3 xörək qaşığı şəkər tozu
  • 2 xörək qaşığı süd

Üzəri üçün:

  • 1 stəkan xırdalanmış qoz ləpəsi

Sürprizli “Şelkunçik” Peçenyesinin hazırlanma qaydası:

Xəmiri üçün ilk öncə qaynadılmış yumurta sarısını çəngəllə əzin. Üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağını əlavə edib yaxşıca qarışdırın. Şəkər tozu və xamanı da əlavə edib qarışdırın. Qabartma tozu, un və vanili ələyib xəmir yoğurun. Xəmirdən qoz böyüklüyündə kündələr hazırlayın və orta hissəsinə qoz ləpəsi qoyub yuvarlayın. Bu qaydayla hər kündəyə qoz qoyub peçenyelər hazırlayın. Hazırladığınız kündələri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Kiçik bir qazanda süd, şəkər tozu və kərə yağını qarışdırıb ocağa qoyub 3-5 dəqiqə qaynadın. Ocaqdan götürüb soyuması üçün başqa bir qaba köçürün. Bişən peçenyeləri bu qlazura bulayıb xırdalanmış qoz ləpəsinə batırın. 

Ramazanın ikinci günü üçün Azərbaycanda oruc vaxtları:

Günün duası

اللهم قوِّني فيه على إقامة أمرك، وأذِقني فيه حلاوةَ ذكرك، وأوزعني فيه لأداءِ شكرك، بكرمك يا أرحم الراحمين

Tərcümə:
“Allahım! Bu gündə Sənin əmrlərini yerinə yetirməkdə məni möhkəmləndir, Səni zikr etməyin şirinliyini mənə nəsib et, Sənə şükür etməyə məni ruhlandır. Ey mərhəmətlilərin ən mərhəmətlisi, Öz kərəminlə!”

Ramazanda tox tutan reseptlər Ən Dadlı Kulinariya Saytında!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir